Azərbaycan xalqının ən əziz nayramı olan Novruz yurdumuza qədəm qoyur. Novruz -təzə gün, təzə il, yazın gəlişi deməkdir Ulilarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram gəlişi ilə hamıya sevinc, şənlik bəxş edir. Bu bayramın yaranma tarixi ibtidai icma qurluşunun inkişaf edən mərhələsi ilə bağlıdır. Bəzi mənbələrdə Novruzun Babilistanda eramızdan əvvəl lll minillikdə keçirildiyi bildirilir. Novruz Şimal yarımkurəsində astronomik yazın başlanğıcı gecə ilə gündüzdün bərabərliyi qovuşuğunda icra edilən ən qədim Xalq bayramıdır. Araşdırmalara əsasəm Novruz bayramının tarixi çox əski çağlarda Zərdüşt peyğəmbərimizin yaşadığı dövr ilə bağlayır. Onun yasını ən azı 3700 il, ən çox 5000 ilə bərabər edirlər. Novruzla bağlı ilkin inanclar və mərasimlər qədim İran mənbələrində Saka, Yunan mənbələrində Hiskit, Odessada Tur və Turanlı.Müasir rus dilinin ədəbiyyatında isə skif adlı etnoslar arasında yayılıb.Novruz bütün müsəlmanlar ailəsinə aiddir. Müsəlmanlar bu bayramı Həzrəti Əli ilə bağlayır və qəbul edirlər. Sonradan bu bayram bütüşərq ölkələrinə yayılıb. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir. Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadıgar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışını, varlığın yenidən canlanmasının müjdəsini berən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir" Ulu Öndər Novruz bayramını "sevinc", "həvəs" və "birləşmə "formulu kimi səciyyələndirmişdir. Prezident İlham Əliyev isə demişdir: "Novruz gələcəyə inam hissi aşılayır. Könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır", deyərək Novruz bayramının insanlarda qurub -yaratmaq əzmi aşıladığını qeyd etmişdir.Azərbaynın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramında artıq UNESCO-nun qeyri - maddi mədəni irs siyahısına 2009-cu il sentyabrın 30-da daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart tarixini "Beynəlxalq Novruz Günü" kimi elan olunmuşdur. Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilmişdir. Novruz bayramına qədər 4 çərşənbə qeyd olunur. Su, Od, Yel və Torpaq. Bu çərşənbələr özləri özlərindən birləşdirən ünsürləri bildirir və insanın 4 ünsüründən yaranışını simvollaşdırır. Novruz bayramında evin bütün əşyaları bayıra çıxardılmalıdır, yuyulmalıdır, bütün küsülülər barışmalıdır, bayram aşı bişəndə qonşular bir-birinə qonaq gedir o nemətlərdən dadmalıdırlar. Hər süfrədə bərəkət rəmzi olan, yazın gəlişini nildirən səməni cücərdilməlidir. Novruz bayramında xüsusi şirniyyatlar bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir: qoğal, badambura, paxlava. Hər bir bişirilən şirniyyatlar bir səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir. Kosa və keçəl Novruz atributlarıdır. Keçəl qışı, Kosa yazı ifadə edir. Novruz bayramında müxtəlif oyunlar keçirirlər. Papaqatma -əsasən uşaqlar və gənclər arasında olur. Bu adət zamanı atılan papaq boş qaytafılmamalıdır. Qulaqfalı da papaqatdı kimi məhşur adətlərimizdəndir. Əgər evlərdən yaxşı sözlər danışılarsa, onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək. Tonqaldan tullanma isə həm od çərşənbəsi kimi, həmdə Novruz bayramı günündə keçirilir. Yumurta döyüşmək isə elə balaca vaxtlarımızdan, hamımızın sevimli oyunudur. Yumurta döyüşmək isə elə balaca vaxtlarımızdan, hamımızın sevimli oyunudur. Yumurta qırılan gərəf uduzur, digərinin dediyini etməlidir bu oyunda Novruz bizim tarixi milli bayramımızdır. Azərbaycan müstəqillik əldə etdikdən və ikinci Qarabağ müharibəsində qələbə çaldıqdan sonra üç ilə yaxın olan dövr ərzində Möhtərəm Prezident İlham Əliyev Cənablarının şəxsi iştirakı ilə işğaldan azad olunmuş Qarabağ torpağının müəyyən ərazilərində Novruz bayramı tonqalları yandırılmış və bu tonqallar ətrafında Cənab Prezidentimiz İlham Əliyevi Novruz töfələri səsləndirmişdir. Əminəm ki, növbəti Novruz bayramı tonqallarından biri də Cənab Prezidentimizin əli ilə Xocalıda alovlandırılacaqdır. Təranə Əliyeva,Xocalı rayon ziyalısı